Mərakeş kralı futbolçulara mükafatlarını təqdim etdi
21.12.2022 - 00:56
Mərakeş kralı futbolçulara mükafatlarını təqdim etdi

Mərakeş kralı VI Məhəmməd milli komandanın futbolçuları və onların anaları ilə görüşüb.

Apasport.az xəbər verir ki, qəbulda VI Məhəmməd oyunçulara dövlət mükafatlarını təqdim edib.

Mərakeşlilər dünya çempionatı tarixində turnirin yarımfinalına yüksəlməyi bacaran ilk Afrika komandası olub. Əvvəllər bu qitənin komandalarının ən yaxşı nəticəsi 1/4 final mərhələsi idi. 3-cü yer uğrunda görüşdə Mərakeş yığması Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.

0