Məşhur şərhçi saxta fanatlar barədə: "Onların sayı çoxdur"
03.12.2022 - 21:58
Məşhur şərhçi saxta fanatlar barədə: "Onların sayı çoxdur"

"Saxta fanatları öz gözlərimlə gördüm. Stadiona bir komandanın formasında gəlirlər, sonra paltarını dəyişirlər..."

Apasport.az xəbər verir ki, bunu Rusiyanın məşhur teleşərhçisi Denis Kazanski deyib.

O, dünya çempionatı ilə əlaqədar Qətərdə olduğu müddətdə onu təəccübləndirən 3 şeydən danışıb. Kazanski bildirib ki, stadionlar, xüsusən konteynerlərdən qurulmuş "Stadion 974"ün gözəlliyi və Qətər metrosunda insanların bir-birinə əyləşmək üçün yer verməsi onu yaxşı mənada təəccübləndirib.

Onu təəccübləndirən 3-cü şey isə saxta azarkeşlərlə bağlı deyilən informasiyaların həqiqi olması olub: "Bu, uydurma deyil! Onların sayı çoxdur. Uels – İngiltərə matçında belə bir qəribə adamın yanında oturmuşdum. Baxıram ki, Argentina millisinin formasında olan oğlandır. Fasilədə o artıq Uels millisinin qırmızı formasında idi. Öz şəklini çəkdi və final fitini gözləmədən stadionu tərk etdi".

Qeyd edək ki, noyabrın 20-də başlamış dünya çempionatı dekabrın 18-dək davam edəcək.

0
DİGƏR XƏBƏRLƏR
Loading...