Messi daha 2 il Avropada çıxış edəcək
21.12.2022 - 20:28
Messi daha 2 il Avropada çıxış edəcək

PSJ-nin hücumçusu Lionel Messi yaxın illərdə Avropanı tərk etmək fikrində deyil.

Apasport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Argentina ilə dünya çempionu olduqdan sonra 35 yaşlı hücumçu ən azı daha 2 il yüksək səviyyədə oynamağa davam edə biləcəyinə inanır.

Paris rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalamaq və onu həm PSJ, həm də ümumilikdə komandanı idarə edən Qətər konqlomeratının qlobal səfiri etmək yolu ilə bundan yararlanmaq istəyir. Messiyə tanış olan mənbələrə görə, Paris klubunun oyunçunu saxlamaq şansı 90%-dir.

0