Lionel Messi DÇ-2022-də ilk oyununa çıxmaqla dünya rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Argentina yığmasının hücumçusu Səudiyyə Ərəbistanı ilə hazırda davam edən qarşılaşmaya start heyətində çıxıb.
Bu, Lionelin iştirak etdiyi 5-ci dünya çempionatıdır. Cənubi amerikalı bu göstəricidə rekorda şərik çıxıb.
Messi 5 mundialda meydana çıxan 5-ci oyunçudur. Ona qədər Antonio Karvaxal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya) və Canluici Buffon (İtaliya) buna nail olub.
Qeyd edək ki, Messi 2006, 2010, 2014 və 2018-ci illərdə də mundialda meydana çıxıb. Eyni çempionatların iştirakçısı olan Kriştiano Ronaldo da Qətərdə meydana çıxmaqla rekorda şərik çıxmaq imkanına malikdir.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?