Messi, Messi, Messi
27.11.2022 - 01:55
Messi, Messi, Messi

Argentina yığmasının futbolçusu Lionel Messi dünya çempionatları tarixinə düşüb.

Apapsport.az saytı xəbər verir ki, 35 yaşlı hücümçu Qətərdə keçirilən mundialın Meksika ilə II tur matçında (2:0) buna nail olub.

Görüşdə həm qol, həm də assistlə yadda qalan Messi bir mundial matçında bunu bacaran ən gənc və ən yaşlı futbolçu ünvanına sahib çıxıb.

O, 18 yaş 357 günlük olarkən DÇ-2006-da Serbiya ilə oyunda ilk dəfə belə göstəriciyə imza atıb. PSJ-li eyni uğuru 35 yaş 155 günündə təkrarlayıb.

Lionel Messi rekordlarına daha birini də əlavə edib. Belə ki, ulduz oyunçu 5 mundialda məhsuldar ötürmə verən ilk futbolçu kimi adını tarixə yazdırıb.

Qeyd edək ki, Lionel Messi həmçinin debüt etdiyi DÇ-2006-dan bu yana mundiallarda cərimə meydançasının xaricindən ən çox qol vuran futbolçudur - 4 qol.

0