Messi tək qaldı
18.11.2022 - 14:28
Messi tək qaldı

DÇ-2022-nin startına hazırlaşan Argentina millisinin Qətərdə necə məskunlaşması ilə bağlı məqam üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, yığmanın ulduzu Lionel Messi Dohadakı otelin birnəfərlik otağında qalır.

O, Argentina yığmasının heyətində tək məskunlaşan yeganə futbolçudur. Messi karyerasında ilk dəfə böyük turnir zamanı tək qalmalı olur.

Əvvəlki dünya çempionatlarında onun otaq yoldaşı əvvəl Xuan Sebastyan Veron, sonra isə Serxio Aquero idi. Sonuncunun karyerasını bitirməsindən sonra Messi digər futbolçularla qalmamağa qərar verib. O, hətta seçmə oyunlar zamanı da tək qalıb.

Messinin oteldəki qonşuları Nikolas Otamendi və Rodriqo de Pauldur. Üzbəüz nömrədə isə Leandro Paredeslə Anxel Di Mariya məskunlaşıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-də başlayacaq və dekabrın 18-dək davam edəcək.
 

0