Messi və Mbappeli PSJ-yə güvənməyin ACI NƏTİCƏSİ – yarım milyon getdi
09.03.2023 - 16:25
Messi və Mbappeli PSJ-yə güvənməyin ACI NƏTİCƏSİ – yarım milyon getdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsi PSJ-nin mübarizəni dayandırması ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, heyətində Lionel Messi və Kilian Mbappe kimi superulduzlar olan Fransa çempionu “Bavariya” ilə hər iki matçda uduzub.

“Alman maşını”nın altında təkcə Paris klubu deyil, ulduzlar toplusuna güvənən minlərlə azarkeş də qalıb. Bukmeker kontorlarından birinin açıqladığı rəqəmlər göstərir ki, mərhələ keçməyə qoyulan vəsaitin böyük hissəsi PSJ-yə güvənənlər olub.

Belə qoyuluşların 71 faizi fransalıların, 29 faizi almaniyalıların 1/4 finala adlayacağına mərc edib. Ən böyük təxmin isə 500 min rubldan (11 min 150 manat) ibarət olub. PSJ-yə güvənən better yarım milyonu uduzaraq yanlışlığın acı nəticəsini görüb. Onun mərc etdiyi vaxt parislilərin mərhələ adlamaq əmsalı 5,20 olub.

0