“Çox əsəbiyəm”.
Apasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə uduzduqları VI tur oyunundan sonra deyib.
Polşalı qolkiper komandasının oyununun yaxşı olmadığını bildirib: “Oyunun sonunda hamımız çox pis oynadıq və buna görə üstünlüyü əldən verdik. Hələ xal qazana biləcəyimiz oyunlar var. “Ayntraxt” ilə matç bizim üçün çox vacibdir. Ona görə də ümidsizliyə qapılmaq lazım deyil. İki oyun qalıb, heç olmasa birini qazanmaq lazımdır. Ümid edirik ki, hər şey istədiyimiz kimi alınacaq və yolumuza davam edə biləcəyik".