Millətlər Liqası: II turun son 4 oyunu
08.06.2022 - 09:02
Millətlər Liqası: II turun son 4 oyunu

Millətlər Liqasında II tura yekun vurulur.

Apasport.az saytının məlumatına görə, bu gün turun son 4 oyunu keçiriləcək.

Bu qarşılaşmalar 2 müxtəlif liqanın qruplarında baş tutacaq. Günün ən maraqlı görüşləri A liqasının 4-cü qrupunda təşkil olunacaq. İlk turun qalibləri məğlubları ilə üz-üzə gələcək.

Yarışa böyükhesablı məğlubiyyətlə başlayan Belçika doğma arenasında Polşanı sınağa çəkəcək. Niderland isə yenicə DÇ-2022-yə vəsiqə qazanan Uelsin qonağı olacaq.

DÇ-2022-yə vəsiqə uğrunda pley-off matçları keçirən Ukrayna ilə Şotlandiya B liqasında ilk oyunlarına çıxacaqlar. Ukrayna İrlandiyanın qonağı olacaqsa, şotlandlar Ermənistanı qəbul edəcək.

A liqası, 4-cü qrup
⚽  22:45. Belçika - Polşa
⚽  22:45. Uels - Niderland
B liqası, 1-ci qrup
⚽  22:45. İrlandiya - Ukrayna
⚽  22:45. Şotlandiya – Ermənistan

0