Millətlər Liqasının ən məhsuldar komandasına PROQNOZ
09.06.2022 - 13:56
Millətlər Liqasının ən məhsuldar komandasına PROQNOZ

Millətlər Liqasının C liqasının 4-cü qrupunda da liderlər üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, lider Gürcüstan ən yaxın izləyicisi Şimali Makedoniyanın qonağı olacaq.

Futbol eksperti Artyom Kapustin bu matça proqnoz verib:

Hər iki komanda bu qarşılaşmaya yaxşı formada hazırdır. Sarı-qırmızılardan bunu gözləməyə dəyərdi. Axı balkanlılar AVRO-2020-nin iştirakçısıdır.

“Xaçlılar” isə indiki möhtəşəmliyindən parıldayır. Villi Sanyolun yetirmələri ötən iki matçda rəqiblərini tar-mar ediblər. 

İndi də onların şimali makedoniyalılar üçün ciddi təhlükə olduğunu söyləmək mümkündür. Bu üzdən də Gürcüstanın qələbəsinə mərc etmək daha düzgündür.

Gürcüstan yığması Millətlər Liqasında bütün Avropanın ən məhsuldar komandasıdır. Heç bir divizionda və heç bir qrupda onlar qədər qol vuran yoxdur. Gürcülərin aktivində 9 top var ki, orta məhsuldarlıq 4,50-dir.

Amma onların müdafiə xəttini nöqsansız adlandırmaq olmaz. Gürcüstan yığması artıq iki top buraxıb. Amma makedoniyalıların hücumdakı işləri yaxşı getmir. Buna baxmayaraq, bol qollu matç gözləməyə dəyər.

Proqnozum: 2 və Üst
 

0