Millilərə ALT PROQNOZU
01.06.2022 - 16:46
Millilərə ALT PROQNOZU

Bu gün Millətlər Liqasının yeni mövsümünün Polşa ilə Uels arasında ilk oyunu, DÇ-2022-yə vəsiqə uğrunda pley-offun Şotlandiya – Ukrayna qarşılaşması, həmçinin son qitə çempionları İtaliya ilə Argentina arasında Finalissima matçı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, türkiyəli futbol eksperti Merih Önal bu qarşılaşmalarla bağlı proqnozunu verib.

Maraqlıdır ki, mütəxəssis hər üç görüşün ALT nəticələnəcəyini düşünür. Bu isə 2,89 əmsallıq kupona bərabərdir.

Merih Önal fikirlərini əsaslandırmağa çalışıb:

Polşa – Uels matçını aşağı tempdə oynayan, müdafiəyə daha çox meyl edən və rəqibin səhvini gözləyən iki komandanın dueli kimi qələmə vermək olar. Uels müəyyən anlarda tempi yüksəltməyə çalışacaq. Ancaq hücumda işləri çətin olacaq.

İki qitənin çempionu İtaliya ilə Argentina Finalissimada üz-üzə gəlir. Skuadra Adzurra rəqib ilə müqayisədə əlavə motivasiya ilə oynayacaq. Roberto Mançininin yetirmələri dünya çempionatından kənarda qalmağın təsadüfi olduğunu sübut etməyə çalışacaq. Argentina isə topa daha çox sahib olaraq tempi aşağı salmağı düşünəcək. Bu səbəbdən az qol epizodu gözləyirəm.

Qlazqodakı Şotlandiya – Ukrayna qarşılaşmasında fiziki mübarizə ön plana çıxacaq. Matçın böyük hissəsində orta sahəni ələ keçirmək yarışı olacaq. Bu da tempin “ölməsinə” yol açacaq. Şotlandiya təktoxunuşlu ötürmələrlə rəqibin müdafiəsini yarmağa çalışacaq. Amma Ukrayna da müdafiədə sıx oynayacaq.

Polşa – Uels: ALT
İtaliya – Argentina: ALT
Şotlandiya – Ukrayna: ALT

1