Milyonçu olan proqnozsevər: “Mərakeşin bir futbolçusunun da adını bilmirəm”
09.12.2022 - 13:56
Milyonçu olan proqnozsevər: “Mərakeşin bir futbolçusunun da adını bilmirəm”

DÇ-2022-nin 1/8 final mərhələsinin Mərakeş – İspaniya oyununa ağlasığmaz mərc etməklə milyonçu olan proqnozsevərin kimliyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin mərhələ keçəcəyinə 90 min 818 dollarlıq qoyuluş edən ABŞ vətəndaşı orta məktəb müəllimidir.

İbtidai siniflərə voleybol tədris edən gəncin cəmi 20 yaşı var. Bu idman növünə bağlı olan proqnozsevər üçün futbol xeyli yaddır.

1 milyon 89 min 818,28 dollar uduşa sahib çıxan amerikalı adının açıqlanmasını istəməsə də, bukmeker kontorlarının daimi müştərisi olduğunu da açıqlayıb: “Bundan əvvəl bir neçə ekspressim də uduşlu olmuşdu. Bu üzdən hesabımda vəsait kifayət qədər idi. Mərakeş – İspaniya oyununu izləmirdim. Arabir telefonda matçın hesabına baxırdım. Bu, həyatımda qoyduğum ən böyük mərc idi. Mərakeş milli komandasının bir futbolçusunun da adını bilmirəm. Yalandan niyə deyim ki, bunu ölçüb-biçmişdim. Sadəcə bir mərc idi və bəxtim gətirdi”.

Qeyd edək ki, Mərakeş qolsuz bitən matçın penaltilər seriyasında 3:0 hesablı qələbə qazanıb.
 

0