Mundialın daha iki 1/8 final cütü müəyyənləşdi
02.12.2022 - 01:35
Mundialın daha iki 1/8 final cütü müəyyənləşdi

DÇ-2022-də qrup mərhələsinin III turunun bu gün keçirilən 4 oyunundan sonra daha iki 1/8 final cütlüyü müəyyənləşib.

Apasport.az xəbər verir ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə dekabrın 5-də, Mərakeş isə İspaniya ilə dekabrın 6-da qarşılaşacaq.

Qeyd edək ki, bunadək 1/8 finalın 4 cütü müəyyənləşmişdi. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə – Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək.

0