Mundiallar tarixinin ən yaşlı qolçuları - SİYAHI
12.11.2022 - 11:00
Mundiallar tarixinin ən yaşlı qolçuları - SİYAHI

Dünya çempionatlarında qol vuran ən yaşlı futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, IFFHS-in hazırladığı siyahıya Roje Milla başçılıq edir.

O, DÇ-1994-də Kamerun yığmasının heyətində Rusiyanın qapısından təsəlli topunu keçirəndə 42 yaş 39 günlüyündə olub. İkinci sırada isveçli Qunnar Qren qərarlaşıb. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-də qol vurarsa, Qreni bu baxımdan geridə qoyacaq.

Ümumiyyətlə, Ronaldo mundiallarda het-trik edən ən yaşlı oyunçudur (33 yaş 130 gün).

Digər maraqlı məqam isə odur ki, isveçli Nils Liedholm final görüşündə qol vuran ən yaşlı futbolçudur. O, DÇ-1958-in həlledici qarşılaşmasında Braziliyanı mərkəzə dəvət edəndə 35 yaş 264 günlüyündə olub.

Dünya çempionatlarının ən yaşlı qolçuları:

 

Futbolçu

Millisi

Yaşı

Tarix

Oyun

1

Rojer Milla 

Kameru

42 yaş 39 gün

28/06/1994

Rusiya 1:6

2

Qunnar Qren

İsveç

37-236

24/06/1958

Almaniya – 3:1

3

Kuautemok Blanko

Meksika

37-151

17/06/2010

Fransa 2:

4

Felipe Baloy

Panama 

37-120

24/06/2018

İngiltərə - 1:6

5

Obdulio Varela

Uruqvay

36-279

26/06/1954

İngiltərə - 4:2

6

Martin Palermo

Argentina

36-227

22/06/2010

Yunanıstan – 2:0

7

Jorj Breji

İsveçrə

36-156

18/06/1994

ABŞ -1:1

8

Tom Finni

İngiltərə

36-064

08/06/1958

SSRİ – 2:2

9

Miroslav Kloze

Almaniya

36-029

08/07/2014

Braziliya 7:1

10

Con Aldrij

İrlandiya

35-280

24/06/1994

Meksika -1:2

1