Neymar üçün qrup mərhələsi bitdi
25.11.2022 - 16:36
Braziliya millisinin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, DÇ-2022-nin qrup mərhələsinin I turunun Serbiya ilə matçında zədələnən hücumçu növbəti iki görüşü buraxacaq.
Futbolçun yaxın mənbələr onun zədə üzündən II turdan kənar qalacağını, baş məşqçi Titenin III turda risk etməmək üçün Neymara istirahət verəcəyini bildirib. Forvard İsveçrə və Kamerunla görüşlərdə meydana çıxmayacaq. O, yalnız 1/8 finalda iştirak edə biləcək.
Qeyd edək ki, Braziliya Serbiyanı 2:0 hesabı ilə məğlub edib.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
0
0