Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı oldu - YENİLƏNİB
03.12.2022 - 20:55
Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı oldu - YENİLƏNİB

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk 1/4 finalçı Niderland və ABŞ millilərinin duelində bəlli olub.

Qətərdəki mundialda məğlub olmayan hər iki komandadan daha təcrübəli olan “narıncılar” gözlənildiyi kimi qələbə qazanıb. Lüi van Qaalın yetirmələri 3:1 hesabı ilə rəqibini məğlub edərək ilk 1/4 finala çıxan komanda olub.

Qeyd edək ki, bu gün 1/8 finalın daha bir oyunu keçiriləcək. Argentina Avstraliyanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/8 final
3 dekabr
19:00. Niderland – ABŞ - 3:1
Qollar:
Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dümfrays, 81 – Haci Rayt, 76

0