Niderland və Serbiya səfərdən üç xalla döndü
11.09.2023 - 00:43
Niderland və Serbiya səfərdən üç xalla döndü

AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Apasport.az saytı xəbər verir ki, Niderland səfərdə üç xal qazanıb.

İrlandiyanın qonağı olan “narıncılar” erkən qol buraxıblar. Meydan sahibləri penaltidən fərqləniblər. Əzmkarlıq göstərən Niderland yığması 2:1 hesabı ilə qələbə qazanıb.

H qrupunda favoritlər qələbə qazanıblar. Danimarka səfərdə Finladiyadan, Qazaxıstan evdə Şimali İrlandiyadan güclü olub. Sloveniya isə cırtdan San-Marino ilə görüşdə çətinlik çəkməyib. 

AVRO-2024, seçmə mərhələ
10 sentyabr
B qrupu
İrlandiya – Niderland – 1:2
Yunanıstan – Cəbəllütariq – 5:0

Fransa – 15, Niderland – 9, Yunanıstan  – 9, İrlandiya – 3, Cəbəllütariq – 0 xal.

E qrupu
Farer adaları – Moldova – 0:1
Albaniya – Polşa – 2:0

Albaniya – 10, Çexiya – 8, Moldova – 8, Polşa – 6, Farer adaları – 1 xal.

G qrupu
Monteneqro – Bolqarıstan – 2:1
Litva – Serbiya – 1:3

Macarıstan –  10, Serbiya – 10, Monteneqro – 8, Bolqarıstan – 2, Litva – 2 xal.

H qrupu
Qazaxıstan – Şimali İrlandiya – 1:0
Finlandiya – Danimarka – 0:1
San-Marino – Sloveniya – 0:4

Sloveniya – 13, Danimarka –  13, Finlandiya – 12, Qazaxıstan – 12, Şimali İrlandiya – 3, San-Marino – 0 xal.

0