Niderlandın baş naziri Mark Rüte futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Niderlandın amerikalıları məğlub etdiyi (3:1) matçdan sonra ABŞ prezidenti Co Baydenə cavab verib.
Apasport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Bağışlayın, Co, futbol qalib gəldi” yazıb və göz vuran emoji əlavə edib.
Daha əvvəl Bayden Niderlandla oyundan əvvəl sosial şəbəkələrdə milli komandasına dəstək olub. Siyasətçi milli komandanın futbolçularına müraciət edib: “Buna "sokker" deyirlər! İrəli ABŞ!"
Qeyd edək ki, dünya çempionatı Qətərdə keçirilir və dekabrın 18-də başa çatacaq. Niderland millisi dekabrın 9-da turnirin 1/4 finalında Argentina ilə qarşılaşacaq.
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB
- Millimiz Şimali İrlandiyaya məğlub olub