Niderlandlı futbolçu "Yuventus"da debüt etdi - FOTO
22.12.2022 - 22:19
Niderlandlı futbolçu "Yuventus"da debüt etdi - FOTO

İtaliyanın "Yuventus" klubu bu gün öz akademiyasından çıxan Din Höysenə oynamaq imkanı yaradıb.

Apasport.az xəbər verir ki, 17 yaşlı niderlandlı mərkəz müdafiəçisi Xorvatiyanın "Riyeka" klubu ilə yoxlama oyununda əsas komandada debüt edib.

O, 1:0 qalib gəldikləri görüşün 61-ci dəqiqəsində Tommazo Barbyerini əvəzləyərək meydana çıxıb.

Qeyd edək ki, "Bayern" və "Barselona" da gələcək üçün Din Höyseni izləyir. Lakin "Yuventus" futbolçunun agentləri ilə yeni müqaviləni müzakirə etmək üçün görüşəcək. Onun Turin klubu ilə cari müqaviləsi 2024-cü ildə başa çatacaq.

0