Portuqaliya – Çexiya oyununa Yeqor Titovun PROQNOZU
09.06.2022 - 17:31
Portuqaliya – Çexiya oyununa Yeqor Titovun PROQNOZU

Millətlər Liqasının bu gün üçün mərkəzi oyunu Portuqaliyada baş tutacaq.

Apasport.az saytının məlumatına görə, pireneylilər öz meydanında Çexiya ilə qarşılaşacaq.

A liqasında qrupun liderlərinin duelinə futbol ekspertləri də biganə qalmayıb. Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov da görüş barədə təxminini açıqlayıb:

Millətlər Liqasının startında çexlər məni çox güclü təəccübləndirirlər. Onlar İsveçrə və İspaniya ilə matçlarda 4 xal topladılar. Amma 6 da ola bilərdi.

Bəli, evdə oynayırdılar, orda asandır. Amma rəqiblər çox güclü idi. Hələ mən onu da deyim ki, Çexiya yığmasının heç də bütün liderləri oynamırdı. 

Yan Kuxta özünü yaxşı göstərir, Patrik Şiki əvəz edə bilir. Amma yenə də evdə və səfərdə oynamaq ayrı-ayrı şeylərdir. Portuqaliyada çox ağır olacaq.

Portuqaliyalılar İsveçrəni darmadağın etdi, Ronaldo start heyətinə döndü və iki qol vurdu. O, yığmada coşqu ilə oynayır. Kriştiano hələ də yaxşıdır, çalışır.

İndi bütün Portuqaliya yığması çox güclüdür. Yəqin ki, tarixinin ən ulduz heyətinə malikdir. Onları izləmək də maraqlıdır.

Ehtiyat oyunçular skamyası uzundur, rəqabət çox yüksəkdir. Portuqaliya millisinin gücünə əminəm və 2-dən artıq top fərqilə qələbə qazanacağını təxmin edirəm. İsveçrəliləri darmadağın ediblər. Çexləri də eyni aqibət gözləyir. Onların heyəti o qədər geniş deyil, matçların qrafiki isə sıxdır. Gücləri də çatmaya bilər, həm də səfərdə oynayırlar.

Proqnozum: Fora1 (-2)
 

0