Qaltyenin ilk məğlubiyyəti
02.01.2023 - 11:42
Qaltyenin ilk məğlubiyyəti

PSJ bu mövsüm ilk dəfə məğlubiyyətlə barışıb.

Apasport.az xəbər verir ki, Liqa 1-də "Lans"a məğlubiyyət (1:3) baş məşqçi Kristof Qaltyenin rəhbərliyi altında ilk olub.

Bundan əvvəl Kristof Qaltyenin rəhbərliyi altında PSJ bütün yarışlarda 19 qələbə və 4 heç-heçə əldə etmişdi.

Qeyd edək ki, PSJ-nin növbəti oyunu səfərdə “Şatoru” ilə Fransa kubokunun oyunu olacaq. Bu matç yanvarın 6-da baş tutacaq.

0