“Qarabağ” ÇL-ə 2-ci təsnifat mərhələsindən qoşulacaq
02.06.2024 - 10:45
“Qarabağ” ÇL-ə 2-ci təsnifat mərhələsindən qoşulacaq

“Qarabağ” Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

Apasport.az xəbər verir ki, bu, “Real”ın turnirin qalibi olmasından sonra dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi “Qarabağ”la yanaşı “Ferentsvaroş”un da işinə yarayıb. Hər 2 komanda səpələnməmişlər arasında yer alacaq.

Bundan başqa, “Real”ın qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.

0