“Qarabağ”dan növbəti qələbə
09.09.2024 - 00:49
“Qarabağ”dan növbəti qələbə

16 yaşadək futbolçulardan ibarət “Blue Devils Cup” turniri keçirilir.

Apasport.az xəbər verir ki, "Qarabağ" yarışda son oyununu keçirib.

Asif Əlizadənin yetirmələri İtaliyanın Neapol şəhərindəki 5-ci matçında “Kyarlins Muzane” ilə görüşüb. Təmsilçimiz bu görüşdə 4:1 hesablı qələbə qazanıb. Ardıcıl üçüncü qələbəni qazanan komandamızda Əli Bəşirov iki, Murad İbrahimli və Adəm Qafarov hərəyə bir qol vurub.

Qeyd edək ki, turnirin finalında “Roma” “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edib.

0