
Almaniya Bundesliqasının XVI turunda turnir cədvəlinin 2-ci pilləsində olan "Frayburq"u darmadağın ediblər.
Apasport.az xəbər verir ki, meydan sahibi "Volfsburq" 2-ci dəqiqədən etibarən qolları sıralayıb.
Hər hissəyə 3 qol vuran "Volfsburq" "Frayburq"a 6:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra 30 xalı olan "Frayburq" 2-ci pilləni 4-ə dəyişib.
Qeyd edək ki, "Frayburq" cari mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Almaniyada "Qarabağ"dan üstün olan (2:1), Bakıda isə son dəqiqə qolu ilə qələbəni əldən verən (1:1) "Frayburq" qrupu lider kimi tamamlayıb.
- DÇ-2026: Kolumbiyadan darmadağın, Argentinadan minimalhesablı məğlubiyyət
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB
- Elnur Çodarov: “Oyunu yüksək qiymətləndirirəm”