“Qarabağ”ın potensial rəqiblərinin görüşündə 4 qol
05.08.2022 - 00:55
“Qarabağ”ın potensial rəqiblərinin görüşündə 4 qol

Avropa Liqasında yeni mövsüm start götürüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri III təsnifat mərhələsinin ilk oyununa çıxıb.

İrlandiyada “Şemrok Rovers” Şimali Makedoniya təmsilçisi “Şkupi”ni sınağa çəkib. Meydan sahibləri qarşılaşmanın ilk 45 dəqiqəsində iki cavabsız qola sevinib. Balkanlılar yalnız matçın sonlarında bu toplardan birinin əvəzini çıxsa da,  İrlandiya klubu daha bir qol vuraraq 3:1 hesablı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu avqustun 11-də baş tutacaq. Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Ferensvaroş” duelində məğlub olan komanda ilə görüşəcək.

Qeyd edək ki, pley-off avqustun 18-də və 25-də baş tutacaq.
 

0