"Qarabağ"ın son rəqibləri də bəlli oldu
27.05.2024 - 11:41
"Qarabağ"ın son rəqibləri də bəlli oldu

"Qarabağ"ın mübarizə aparacağı Çempionlar Liqasının I təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. 

Apasport.az xəbər verir ki, Albaniyada “Eqnatiya”, Ermənistanda isə “Pünik” ölkə çempionu olub.

Beləliklə, Ermənistan təmsilçisi və “Balkani” səpələnmişlər səbətinə düşüb. “Eqnatiya” və “Borats” isə “Qarabağ”ın mümkün rəqibləri olub. 

Ağdam təmsilçisinin I təsnifat mərhələsində 15 rəqibi var. Amma Ağdam klubunun yarışa I deyil, II təsnifat mərhələsindən də başlaya bilər. Bu, Çempionlar Liqasının cari mövsümünün finalından sonra dəqiqləşəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
“Lüdoqorets” (Bolqarıstan)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
“Linkoln” (Cəbəllütariq)
TNS (Uels)
RFS (Latviya)
“Petrokub” (Moldova)
“Balkani” (Kosovo)
“Pünik” (Ermənistan)

Səpələnməmişlər
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
“Struqa” (Şimali Makedoniya)
“Differdanj” (Lüksemburq)
“Deçiç” (Monteneqro)
“Santa Koloma” (Andorra)
"Virtus" (San-Marino)
“Borats” (Bosniya və Herseqovina)
“Eqnatiya” (Albaniya)

0