Qazaxıstan Azərbaycana uduzmayacaq - PROQNOZ
03.06.2022 - 12:53
Qazaxıstan Azərbaycana uduzmayacaq - PROQNOZ

Azərbaycan yığması Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün səfərdə Qazaxıstana qarşı keçirəcək.

Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Anton Qetta “Astana Arena”da baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis ev sahiblərini matçın favoriti qismində görür:

Xəzərin müxtəlif yerlərindən olan qonşular mübarizə aparacaq. Azərbaycan DÇ-2022-nin seçmə mərhələsini uğursuz tamamladı. Komanda Serbiya, Portuqaliya, Lüksemburq və İrlandiya ilə yer aldığı qrupda keçirdiyi 8 oyundan 7-də məğlub oldu. Canni de Byazinin kollektivi martda yoldaşlıq görüşlərində də Malta və Latviyaya uduzdu.

Azərbaycan 2020-ci ilin sentyabrından bəri rəsmi görüşlərdə qalib gəlmir və son 10 matçda 8 məğlubiyyəti var. Bu üzdən Qazaxıstan qələbəyə daha yaxın görünür. Qarşılaşmanın Nur-Sultanda keçiriləcəyini nəzərə alsaq, ev sahiblərinin qələbəsinə mərc etmək o qədər də pis fikir deyil.

Qazaxıstan öz meydanında Ukrayna ilə heç-heçə etdi, son görüşdə Moldovanı üstələdi. Üstəlik, Fransaya qarşı da pis təsir bağışlamadı (0:2). Azərbaycan səfərdə keçirdiyi 5 oyundan 4-də uduzduğu halda, bugünkü rəqibinə də son iki qarşılaşmasında yenilib (2018-ci ildə 0:3, 2016-cı ildə 0:1).

Son vaxtlardakı nəticələri və şəxsi matçları göz önünə gətirərək, düşünürəm ki, Qazaxıstan bu gün uduzmayacaq. Eyni zamanda, görüşdə az qol olacaq.

Proqnozum: 1X və ALT

0