Kamerun millisinin sabiq futbolçusu Samuel Etoo Qətərdə keçiriləcək DÇ-2022 ilə bağlı proqnoz verib.
Apasport.az saytının məlumatına görə, ölkəsinin futbol federasiyasının prezidenti olan sabiq hücumçu Afrika finalı arzusundadır.
Etoo komandasından çempionluq gözləyir: “Dünya çempionatında uğurlu iştirak üçün Afrikanın həmişə potensialı olub. Amma indiyədək heç vaxt özümüzü yaxşı tərəfdən göstərə bilməmişik. İllər ərzində Afrika yığmaları təcrübə toplayıb. Düşünürəm ki, onlar artıq sadəcə iştirak yox, qalib olmaq üçün hazırdır. Mundialın finalında Kamerunun Mərakeşə qalib gələcəyini düşünürəm. Dünya çempionluğu mənim xəyalımdır”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də başlayacaq.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?