Qusevdən Pireney derbisinə PROQNOZ
02.06.2022 - 17:56
Qusevdən Pireney derbisinə PROQNOZ

Bu gün Millətlər Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində İspaniya ilə Portuqaliya Pireney derbisində üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, tanınmış futbol şərhçisi Viktor Qusev Sevilyada baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb.

Rusiyalı mütəxəssisin fikrincə, komandalar tamaşaçılara bol qol izlətməyəcəklər:

Bu, komandaların 40-cı dueli olacaq. İspanlar 17 qələbə ilə ciddi üstünlüyə malikdirsə, portuqalların aktivində 6 qalibiyyət var. Komandalar sonuncu dəfə ötən il yoldaşlıq görüşündə üz-üzə gəlib və qolsuz bərabərlik qeydə alınıb. Rəqiblər arasındakı son dörd oyunun əsas vaxtı heç-heçə nəticələnib.

Əvvəlki Millətlər Liqasının finalında uduzan İspaniya DÇ-2022-nin seçmə qrup mərhələsini birinci pillədə yekunlaşdırıb. Yoldaşlıq görüşlərində də inamlı görünürlər və ardıcıl son 4 matçda qələbə qazanıblar. Meydan sahiblərindən Marko Asensio və Ansu Fatinin, qonaqlardan isə Joao Feliks və Kriştiano Ronaldonun olmayacağını deyilir. Ancaq bu, hələ dəqiq məlumat deyil.

Portuqaliya ilk Millətlər Liqasının qalibi olsa da, ötən mövsüm qrupdan çıxa bilmədi. Dünya çempionatına vəsiqəni də çətinliklə əldə etdilər. Pley-off matçlarından bəri oyun keçirməyiblər. Statistika deyir ki, İspaniya 12 ildir Portuqaliyaya qalib gələ bilmir. Bununla belə, ispanlar Sevilyada - öz meydanında oynayacaq və ardıcıl 12 matçdır qol vurur. Lakin diqqətinizə çatdırım ki, son 7 duelin 5-də komandalar 3-dən az qol vurub. Buna görə də bu dəfə rəqiblərdən çox qol gözləmirəm.

Proqnozum: ALT

0