"Real" ilk dəfə start heyətdə ispanlarsız çıxdı və uduzdu
07.01.2023 - 21:13
"Real" ilk dəfə start heyətdə ispanlarsız çıxdı və uduzdu

İspaniya La Liqasının XVI turunun matçında "Real" lider olmaq şansını əldən verib.

Apasport.az xəbər verir ki, Madrid klubu ilk dəfə start heyətdə ispaniyalı futbolçular olmadan meydana çıxıb. Bununla belə, legionerlərdən ibarət komanda səfərdə "Vilyareal"a 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda "Barselona" və "Real" 38 xala malikdir. "Barselona" "Real"dan bir oyun az keçirib.

0