“Real” rahat və itkisiz, “Liverpul” gərgin və itkilərlə…
28.05.2022 - 10:08
“Real” rahat və itkisiz, “Liverpul” gərgin və itkilərlə…

Bu gün Çempionlar Liqasında “Real”la “Liverpul” arasında keçiriləcək final oyunu ilə Avropada 2021/22 mövsümünə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, komandalar matça fərqli ab-havada hazırlaşıb.

“Kral klubu” La Liqada çempionluğu çoxdan təmin etməyin rahatlığı ilə meydana çıxacaqsa, “qırmızılar” Premyer Liqada son tura qədər gərgin mübarizənin yorğunluğu fonunda mübarizə aparacaq.

Heyət baxımından da “qırmızılar”ın problemi daha çoxdur. “Real”da, demək olar ki, bütün futbolçular həlledici qarşılaşmaya tam hazırdır. “Liverpul” isə hücumçu Divok Oriqinin xidmətindən məhrumdur. Həmçinin müdafiəçi Co Qomes, yarımmüdafiəçilər Fabinyo və Tiaqo Alkantara da son vaxtlar zədədən əziyyət çəkir. Onların bu gün iştirakı sual altındadır.

Baş məşqçi Yurgen Klopp, xüsusən də, Fabinyonun nəyin bahasına olur-olsun matça yetişməsini tapşırıb.

Komandaların Parisdə bu “11-lik”lərlə meydana çıxması gözlənilir:
“Liverpul”:
Alisson Beker, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk, Endi Robertson, Cordan Henderson, Fabinyo, Nabi Keyta, Məhəmməd Salah, Sadio Mane, Luis Diaz
“Real”: Tibo Kurtua, Dani Karvahal, Eder Militao, David Alaba, Ferlan Mendi, Toni Kroos, Kasemiro, Luka Modriç, Federiko Valverde, Kərim Benzema, Vinisyus Junior.

Qeyd edək ki, Parisdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0