Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağladı
30.12.2022 - 22:22
Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağladı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.

Apasport.az "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bu klubla artıq 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Daha əvvəl Ronaldonun "Əl-Nəsr"də ilinə 200 milyon avro qazanacağı bildirilirdi.

Qeyd edək ki, Kriştianu Ronaldonun son klubu qalmaqallı müsahibədən sonra müqaviləyə xitam verilən "Mançester Yunayted" olub.

0