Rusiya UEFA-dan çıxmaq üçün müraciət edəcək
23.12.2022 - 23:35
Rusiya UEFA-dan çıxmaq üçün müraciət edəcək

Rusiya Futbol İttifaqı (RFİ) UEFA-nı Asiya Futbol Konfederasiyasına (AFK) dəyişmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə RFİ-nin vitse-prezidenti Denis Solovyov bildirib.

O, qeyd edib ki, qurumun UEFA-dan AFK-ya mümkün keçidi ilə bağlı qərar yeni ilə qədər verilməlidir: “Qərar 31 dekabr 2022-ci ilə qədər veriləcək. Fakt budur ki, maliyyə ilinin son gününə kimi UEFA-dan çıxmaq üçün müraciət etməsək, o zaman 2024-cü ilin iyulunda məsələmizə baxacaqlarını deyə bilərlər. Beləliklə, ilyarım itiririk. Əgər üzvlükdən çıxmaq barədə qərar qəbul etsək, o zaman onlara ayın 31-nə qədər məlumat verilməlidir. Onda UEFA 6 ay ərzində bizim məsələyə baxmalıdır”.

Qeyd edək ki, RFİ UEFA-nın Rusiya millisi və klublarını cəzalandırmasından narazıdır.

0