Rüştü Rəçbər İSTEFA VERDİ
20.12.2022 - 21:38
Rüştü Rəçbər İSTEFA VERDİ

Türkiyə millisinin, "Fənərbağça", "Barselona" və "Beşiktaş"ın sabiq qapıçısı Rüştü Rəçbər Türkiyə Futbol Federasiyasındakı (TFF) işindən ayrılıb.

Apasport.az xəbər verir ki, o, Rıdvan Dilmənlə birgə tədbirlərdən birində olarkən dünən istefa verdiyini açıqlayıb: 

"Son 1 ildir ki, orada nə etdiyimi bilmirdim. Hər hansısa bir vəzifəm yox idi. Ayrılmağımla bağlı pis fikrim yoxdur. Mən TFF-də mümkün olduğu qədər xidmət etməyə çalışdım. Xidmət edə bilməyəcəyimizi gördüyünüz zamanlar olur".

Qeyd edək ki, Rüştü Rəçbər 2013-сü ilin avqustundan milli komandalar üzrə baş koordinator vəzifəsində çalışırdı.

0