Səudiyyə Ərəbistanı klubu dünya çempionatının finalında
08.02.2023 - 01:07
Səudiyyə Ərəbistanı klubu dünya çempionatının finalında

FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatının ilk yarımfinal görüşündə sensasiya yaşanıb.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Mərakeşin Tanjer şəhərində keçirilən görüşdə güclü "Flamenqo"nu (Braziliya) 3:2 hesabı ilə məğlub edib.

Bu qollardan 2-sini penaltidən dünya çempionatında Argentinaya vurduğu qolla tanınmış Salim Əl-Dosari vurub.

Beləliklə, "Əl-Hilal" fevralın 11-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək finala vəsiqə qazanıb. Onları rəqibi bu gün keçiriləcək "Əl-Əhli" (Misir) – "Real" (İspaniya) oyunundan sonra müəyyənləşəcək.

0