Şeydayevin komandasından növbəti qələbə
08.11.2023 - 16:04
Şeydayevin komandasından növbəti qələbə

Milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi Taylandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, adıçəkilən komanda Şərq zonasında qrup mərhələsinin IV turu matçında Avstraliya təmsilçisi “Melburn Siti”ni səfərdə üstələyib.

“Buriram Yunayted” Qoran Kausiçin 86-cı dəqiqədə penaltidən vurduğu yeganə qol sayəsində 1:0 hesablı qalibiyyət əldə edib. Qarşılaşmaya ehtiyatdan başlayan Ramil Şeydayev 61-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, H qrupunda yer alan “Buriram Yunayted” hazırda 6 xalla üçüncü pillədə qərarlaşır.

0