Təmsilçimiz Ukrayna klubu ilə heç-heçə etdi
06.09.2024 - 19:51
Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqası davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "AzNur" bu gün üçüncü matçını keçirib.
Komandamız Ukrayna "Andezit"i ilə görüşüb. Oyun qolsuz heç-heçə ilə nəticələnib - 0:0.
Qeyd edək ki, "AzNur" buna qədər Fransanın "Les Piopio" klubuna 2:1 hesabı ilə qalib gəlib. İsveçin "Qalport" komandası ilə bərabərə qalıb - 2:2.
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır
- Əliyar Ağayev 1/8 final matçında - RƏSMİ
- "Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu
- "Samsunspor" məğlub oldu, KL-də günün nəticələri - YENİLƏNİB
- AL: "Aston Villa" Fransadan, "Midtyullan" İngiltərədən qalib ayrılıb - YENİLƏNİB
0
0