İtaliya futbolunun əfsanəsi Françeko Totti DÇ-2022-nin favoritlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, karyerası boyu “Roma”ya sadiq qalan hücumçu İtaliyanın mundialda oynamamasına da münasibət bildirib.
Totti favoritin bir deyil, daha çox olduğunu da qeyd edib: “İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir. Bu, biz italiyalılar üçün düzgün deyil. Bu, pis haldır. Amma belə şeylər baş verir və onu qəbul etmək lazımdır. Çempionat böyük komandaların iştirakı ilə vacib turnir kimi qalacaq. Favoritlər Fransa, Braziliya, Argentina, Almaniya və İspaniyadır. Yalnız bir komandanın favorit olduğunu demək olmaz. Dünya çempionatında hər şey baş verə bilər”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də başlayacaq.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?