Üç təkli UDUŞ
09.03.2023 - 19:02
Üç təkli UDUŞ

Bukmeker kontorunda böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, müştərilərdən biri Çempionlar Liqasının dünənki oyunlarına üç fərqli təkli kupona böyük vəsait yatırıb.

Proqnozsevər 1/8 finalın cavab matçlarından öncə və qarşılaşmaların gedişində mərc edib. Böyük məbləğlərlə risk edən betterin hər üç təxmini uduşla nəticələnib.

1-ci kupon (oyundan öncə) – 880 min rubl (19 min 624 manat)
“Bavariya” – PSJ: 4,5 Alt (1,37 əmsal)

2-ci kupon – 200 min rubl (4 min 460 manat)
(19-cu dəqiqədə)
“Bavariya” – PSJ: Alt (2,08 əmsal)

3-cü kupon – 1 milyon rubl (22 min 300 manat)
(85-ci dəqiqədə)
“Tottenhem” – “Milan”: 0,5 Alt (1,43 əmsal)

Hər üç variantda Alt mərcinə üstünlük verən müştəri yanılmayıb. “Bavariya” 2:0 hesablı qələbə qazanıb, Londonda isə qol vurulmayıb. Nəticədə 2 milyon 80 min rublla (46 min 384 manat) risk edən better 3 milyon 51 min 600 rubl (68 min 50,68 manat) uduşa sahib çıxıb.

0