Uels 64 ildən sonra dünya çempionatında!
05.06.2022 - 22:26
Uels 64 ildən sonra dünya çempionatında!

Bu gün DÇ-2022-nin final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundiala 30-cu vəsiqənin sahibi Kardiffdə bəlli olub.

Avropadan Asiyaya sonuncu biletin sahibi Uels və Ukrayna arasında matçda bilinib. “Kardiff Siti” stadionundakı görüşün taleyini yeganə qol həll edib. Andrey Yarmolenkonun 34-cü dəqiqədəki avtoqolu ukraynalıların ümidinin üstündən xətt çəkib və britaniyalılar doğma azarkeşləri önündə 1:0 hesablı qələbəyə sevinib. 

Beləliklə, Uels 64 ildən (DÇ-1958-dən) sonra ilk, ümumilikdə isə ikinci dəfə dünya çempionatında iştirak hüququ əldə edib.

0