Ukrayna yığmaları üçün KUPON
01.06.2022 - 16:12
Ukrayna yığmaları üçün KUPON

Bu gün U-21-lər və U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsi, eyni zamanda əsas millilərin yoldaşlıq görüşləri keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tanınmış türkiyəli futbol eksperti Barış Düşmezin təqdim etdiyi növbəti kupon bu turnirlərin matçlarına olacaq.

Mütəxəssisin seçdiyi üç görüşdən ikisi ukraynalılarla bağlıdır. O, U-21-in Farer adaları səfərində minimum 3 qol vuracağını düşünürsə, U-19 komandasının Norveçlə matçın ilk hissəsində hesabda geri düşəcəyini proqnozlaşdırır. Barış Düşmez Maltanın da evdə Venesuelaya uduzacağı qənaətindədir.

Onun təklif etdiyi kupon 5,85 əmsala bərabərdir.

Farer adaları (U-21) – Ukrayna (U-21): Qonaqlar ÜST
Norveç (U-19) – Ukrayna (U-19): H/T – 1
Malta – Venesuela: 2

0