Uruqvayın "qatillər"i Qətərdən GÖNDƏRİLDİ
07.12.2022 - 22:31
Uruqvayın "qatillər"i Qətərdən GÖNDƏRİLDİ

FIFA Hakimlər Komitəsi Qətərdə qalan və turnirin həlledici oyunlarına təyinat ala biləcək hakimlərin siyahısını müəyyən edib.

Apasport.az xəbər verir ki, 16 hakim, 30 köməkçi və 5 video assistent evə göndərilib.

Vidalaşmaq qərarı verilənlər arasında iranlı Əlirza Fəqani və alman Daniel Zibert də var. Məhz onlar Uruqvay millisinin iştirak etdiyi iki oyunu idarə edib və səhvlərə yol verərək Portuqaliya (0:2) və Qana (0:2) ilə oyunların nəticələrinə təsir göstərib. Nəticədə Luis Suares və Edinson Kavaninin komandası DÇ-2022-də çıxışını dayandırıb. Bundan əlavə, yeni zelandiyalı Metyu Konqer də daha DÇ-2022-də olmayacaq. Bu hakimə görə fransızlar Tunislə oyunun nəticəsinə (0:1) və Antuan Qrizmanın ləğv edilmiş qoluna etiraz ediblər.

Dani Makkeli (Niderland), Şımon Martsinyak (Polşa), Antonio Miqel Mateu Laos (İspaniya), Maykl Oliver, Antoni Teylor (hər ikisi İngiltərə), Daniele Orsato (İtaliya), Kleman Türpen, Stefani Frapart (hər ikisi Fransa) daxil olmaqla 20 hakim Qətərdə qalıb. Göründüyü kimi, onların hamısı Avropanı və UEFA-nı təmsil edir.

0