Üst və ya Almaniya - PROQNOZ
14.06.2022 - 15:41
Üst və ya Almaniya - PROQNOZ

Konfrans Liqasında qrup mərhələsinin IV turunun son günündə bütün diqqətlər Mönhenqladbaxdakı dueldə olacaq.

Apasport.az saytının məlumatına görə, A liqasının ölüm qrupunda Almaniya İtaliyanı qəbul edəcək.

Rusiyalı futbol eksperti Dmitri Spirin matçla bağlı düşüncələrini bölüşüb. Mütəxəssis proqnozsevərlərə öz variantlarını təklif edib:

Almaniya millisi Hans-Diter Flikin baş məşqçi postuna gəlişi ilə Yoahim Lövün dövründəkindən daha cəsarətli və aqressiv oynayır. DÇ-2022-nin seçmə mərhələsində almanlar bütün rəqiblərini sözün əsl mənasında darmadağın etdilər. Buna baxmayaraq, komanda Millətlər Liqasının ilk üç turunda hələ qələbə qazanmayıb. Bundestim hər üç görüşü (İtaliya, İngiltərə, Macarıstanla) eyni hesabla tamamlayıb - 1:1. Mönhenqladbaxda italyanlar üzərində qələbə Almaniyaya qrup lideri olmaq imkanı verəcək.

İtaliyada isə Roberto Mançini inqilabi fəaliyyətini davam etdirir. Skuadra Adzurra onun rəhbərliyi altında bir nömrədən oynamağa çalışır. Üstəlik, məşqçilər korpusu əsas komandaya düşə bilməyən yeni futbolçuları sınaqdan keçirir. Maraqlıdır ki, italyanlar ardıcıl son 14 rəsmi səfər oyununda uduzmayıb (10 qələbə və 4 heç-heçə).

Bu komandalar həm rəsmi, həm də yoldaşlıq görüşü səviyyəsində tez-tez qarşılaşır. Əvvəlki 8 görüşün əsas vaxtında rəqiblər 6 dəfə heç-heçə edib. Bugünkü matçın da məhsuldar alınacağını ehtimal etmək olar. Düşünürəm ki, İtaliya müdafiədə oturmayacaq. Çünki bu, Mançininin üslubu deyil. Bu ehtimallar da ÜST variantının gəlmə şansını artırır.

Ancaq mən əsas variant kimi Almaniyanın qələbəsini seçərdim. Məncə, Bundestim öz meydanında 3 xal qazanaraq, qrupdakı mövqeyini yaxşılaşdıracaq.

Proqnozum: Almaniya qalib gələcək.
 

0