“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venqer Qətərdə keçirilən dünya çempionatının favoritləri haqda danışıb.
Apasport.az xəbər verir ki, fransalı məşqçi favoritlərini açıqlayıb:
“Daha yaxşı cinah oyunçuları olan komandaların dünya çempionatında qalib olma ehtimalı daha yüksəkdir. Cinah müdafiəçiləri də əsas rol oynayırlar, onlar bu oyunçuların komandadan yararlanmasına nail olmalıdırlar. Belə komandalar sırasında Fransa və İngiltərə də var. Onlar sona qədər təhlükəli olacaqlar.
Mərakeşin oyunu mənim üçün gözlənilməz oldu. Onları turnirin 1/8 finalında İspaniya ilə qarşılaşmada görməyi çox istəyirəm. Ümid edirəm ki, Afrika komandaları gələcəkdə dünya çempionatında daha çox təmsil olunacaqlar”.
- Çempionlar Liqası: "Mançester Siti" pley-offda "Real"la qarşılaşacaq - YENİLƏNİB
- Xose Luis Mendilibar: “Bu, məni utandırır”
- Qurban Qurbanov: “Futbolçularımın yanındayam”
- Avropa Liqasında yoluna davam edən “24-lük” - SİYAHI
- "Beşiktaş" Avropayla vidalaşdı, "Fənər" və "Qalatasaray" pley-offda - YENİLƏNİB