Vinisius Junior: "Neymar həmişə əsas kumirim olub"
08.12.2022 - 01:27
Vinisius Junior: "Neymar həmişə əsas kumirim olub"

“Neymarla oynamaq gerçəkləşən bir xəyaldır. Mən onun bütün karyerasını izləmişəm. O həmişə mənim əsas kumirim olub. Mən də onun meydanda etdiklərini etmək istəyirdim. Zamanla Neymar mənim dostum oldu və bu gün o mənə çoxlu məsləhətlər verən qardaş kimidir".

Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin və "Real"ın futbolçusu Vinisius Junior deyib.

22 yaşlı futbolçu bildirib ki, Neymar milli komandada oynayan gənclərin kumiri olub: "Hər oyundan əvvəl o məndən və Rafinya, Paketa, Rişarlison kimi digər gənc oyunçulardan bütün təzyiqləri götürür... Təzyiqləri öz üzərinə çəkir. Neymar bizə güvənə bilər. Onunla oynamaq hər kəsə verilməyən arzudur. O bizim ən yaxşı oyunçumuzdur, burada çoxunun kumiridir.

Bütün braziliyalılar milli komandada və dünya çempionatında oynamaq arzusunda idi. Mənə dəstək olan kumirimlə oynadığım üçün şanslıyam.

Onun yolunu davam etdirmək vacibdir, çünki o, Pelenin qol rekorduna yaxındır. İnşallah, bu, bizə 6-cı dünya çempionatını gətirəcək”.

0