Xeyriyyə fondu Mbappeyə təşəkkür etdi
22.12.2022 - 23:50
Xeyriyyə fondu Mbappeyə təşəkkür etdi

Abbat Pyer Fondu ianələrinə görə Fransa millisinin hücumçusu Kilian Mbappeyə təşəkkür edib.

Apasport.az xəbər verir ki, Mbappenin ianə köçürdüyü təşkilat evsizlərə və aztəminatlı insanlara kömək etməklə məşğuldur.

Xüsusilə, fondun məlumatına görə, 2020-ci ildə koronavirus pandemiyası zamanı PSJ-nin hücumçusu "çox böyük miqdarda pul" bağışlayıb. Bu barədə fondun sosial media hesabında yazılıb: “Fondumuz bu gecəni işıqlandıranları salamlayır, amma ən əsası, bizi uzun illər dəstəkləyir. Bu insan səxavət və istedad sahibidir. O bizim dostumuzdur. Bildiyiniz və ya bilmədiyiniz hər şeyə görə Kilian Mbappeyə təşəkkür edirik”.

Qeyd edək ki, Kilian Mbappe mundialın finalına çıxdığı üçün alacağı pul mükafatını da xeyriyyəçiliyə bağışlayacaq.

0