Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT
09.12.2022 - 20:09
Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT

2016-cı ilin Xorvatiya gözəli seçilmiş İvana Knöll yenidən Qətərdə keçirilən dünya çempionatı matçına açıq-saçıq forma ilə gəlib.

Apasport.az xəbər verir ki, o, stadiona Xorvatiya millisinin formasının rənginə uyğun dəri topik və dar qırmızı dəri şalvarda gəlib.

O, 1/4 final mərhələsinin Xorvatiya – Braziliya matçını tribunadan izləyir.

Qeyd edək ki, onun bu formada gəlişi dəfələrlə yerli sakinlərin narazılığına səbəb olub. Bu barədə yerli və xarici mətbuatda ondan kifayət qədər müsahibə götürülüb, xəbərlər hazırlanıb.

0