Yaponlarla gələn xeyir: 52 min dollar
24.11.2022 - 11:40
Yaponlarla gələn xeyir: 52 min dollar

Bukmeker kontorlarında DÇ-2022 ilə bağlı daha bir əlamətdar uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə Almaniya – Yaponiya oyununa mərc edən proqnozsevər qalib olub.

Cəsarətli və uzaqgörən better Bundestim 1:0 hesabı ilə öndə olanda asiyalıların qələbəsinə pul qoyub. O, nə az, nə çox 1000 dollarla mərc edib.

Həmin vaxt “Gündoğar ölkə” təmsilçisinin qələbə əmsalı 52-yə bərabər olub. İkinci hissədə 2 qol vuraraq əzmkarlıqla qalibiyyət əldə edən asiyalılar proqnozsevəri xoşbəxt edib. Yaponiyanın 2:1 hesablı qələbəsi betterə 52 min uduş gətirib.

Qeyd edək ki, Almaniya – Yaponiya görüşü DÇ-2022-nin ikinci sensasiyasıdır. Bunadək Argentina – Səudiyyə Ərəbistanı qarşılaşmasında da eyni hesab qeydə alınıb.

0