Yeqor Titovdan Pireney derbisinə PROQNOZ
02.06.2022 - 15:10
Yeqor Titovdan Pireney derbisinə PROQNOZ

Millətlər Liqasının bu gün keçiriləcək İspaniya – Portuqaliya matçı bütün dünyanın diqqət mərkəzindədir.

Apasport.az saytının məlumatına görə, Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov da pireneylilərin derbisinə proqnoz verib.

Futbol veteranı az qollu görüşdə meydan sahiblərini favorit sayır:

Millətlər Liqasında qrupunun favoriti olan komandaların matçı olacaq. Düşünürəm ki, məhz İspaniya ilə Portuqaliya final “dördlüy”ünə çıxmağa əsas namizəd olacaq. Bu komandaların heyətinə baxmaqla belə nəticəyə gəlmək olar. Hətta Portuqaliyada heyət daha güclü, daha ulduzlu təsiri bağışlayır.

Buna baxmayaraq, İspaniyanın qələbəsini təxmin edirəm. İlk növbədə ona görə ki, öz meydanlarında oynayırlar. İkincisi isə Portuqaliya daha ulduzlu heyətə malikdirsə də, İspaniyanın oyunu daha yaxşı təşkil olunub. Onlar topu özlərinə götürər və uzun müddət rəqibə verməyə bilər. Bəzən onlar rəqibi yuxuya verir, sonra partlayır, bir neçə qol imkanı yaradır və vurur. İspaniyada keçid mərhələsində durum yaxşıdır.

Portuqaliya böyük ölçüdə futbolçuların fərdi oyunundan asılıdır. Əlbəttə, onların istənilən oyunçusu heç nədən epizod yarada bilər. Amma mən düşünürəm ki, İspaniya rəqibini müdafiədə çox əziyyət çəkməyə, topsuz hərəkət etməyə vadar edəcək. Portuqaliya da psixoloji olaraq buna tab gətirməyəcək.

Meydan sahiblərinin qələbəsinə və maksimum 3 qol vurulacağına qoyuluş edirəm. Belə oyunlar nadir hallarda məhsuldar alınır. DÇ-2018-dəki matç istisna idi.

Proqnozum: 1 və Alt 3,5

0