Yunis Hüseynov: "Düşünürəm ki, "Qarabağ" möhtəşəm oyun göstərəcək"
23.10.2024 - 11:58
Yunis Hüseynov: "Düşünürəm ki, "Qarabağ" möhtəşəm oyun göstərəcək"

"Qarabağ"a uğurlar arzu edirəm. İnanıram ki, komandamız sabahkı matçda qələbə qazanacaq".

Bu sözləri apasport.az saytına açıqlamasında Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis ağdamlıların "Ayaks"la görüşünü dəyərləndirib: "Rəqib elə-belə komanda deyil. Niderlandın ən köklü və güclü klublarından biridir. Qarşımızda Çempionlar Liqasını dəfələrlə qazanmış komanda var. Bu səbəbdən düşünürəm ki, "Qarabağ" futbolçularında əhval-ruhiyyə daha yüksək olacaq. Güclü rəqibə qarşı oynayarkən motivasiya daha da qalxır. Həmçinin təmsilçimiz ev matçlarında daha üstün futbol nümayiş etdirir. Çünki, bilirik ki, azarkeşlər də hər zaman ağdamlıların 12-ci oyunçusu olub. Əfsuslar olsun ki, ötən görüşdə "Malmö"yə məğlub olmuşuq. Lakin bu futboldur, burda hər şey olur. Buna baxmayaraq düşünürəm ki, "Qarabağ" sabah möhtəşəm oyun göstərəcək və istədiyinə nail olacaq. Çox çətin olacaq. Amma mən təmsilçimizə inanıram".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçı sabah saat 20:45-də start götürəcək.

İsmayıl Xeyrullayev

0